logo

Torpaq sürüşməsi:İri qaya parçası Gəncə-Daşkəsən yolunu  bağladı

14:45 02-05-2021 | icon 1890
Torpaq sürüşməsi:İri qaya parçası Gəncə-Daşkəsən yolunu  bağladı

Daşkəsən rayon ərazisində torpaq sürüşməsi olub, qaya parçaları avtomobil yoluna düşüb, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Daşkəsən rayon İcra hakimiyyətindən bildirilib. Qeyd edilib ki, son günlər yağan güclü yağışlar səbəbindən torpaq sürüşməsi olub.

Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon Bayan, Qızılca və Danayeri ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşmə nəticəsində iri qaya parçaları və torpaq kütləsi yola düşüb.

Avtomobillərin hərəkətində qismən çətinlik yaranıb. Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür.