logo

Şahdağda qar yağıb

12:22 02-05-2021 | icon 2002
Şahdağda qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin mayın 2-si saat 12:00-a verdiyi məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarında intensiv olub, Şahdağda qar yağıb.

Xidmətdən YeniAvropa-ya ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-4, Naxçıvan Muxtar Respublikasında 6-13, Naxçıvanda 42 (aylıq normanın 106 faizi), Şərurda 20 (aylıq normanın 44 faizi); Kiçik Qafqazda 3-16, Göygöldə 42 (aylıq normanın 39 faizi); Böyük Qafqazda 1-14, Zaqatalada 26 (aylıq normanın 21 faizi), Qusarda 23 (aylıq normanın 42 faizi), Qazax-Gəncədə 7-9, Mərkəzi-Aranda 1-9, Lənkəran-Astarada 1-6 millimetr təşkil edib.

Qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 1 santimetr olub.

Mayın 1-i saat 16:20 radələrində Naxçıvana diametri 6 millimetr olan dolu yağıb.

Respublikanın daxili çaylarında leysan yağışlarla əlaqədar çaylarda sululuq artıb, mayın 2-də Kiçik Qafqazın ərazisindən axan Qoşqarçayda suyun səviyyəsində 47, Kürəkçayda 25, Əsrikçayda 23, Zəyəmçayda 17, Gəncəçayda 13, Axınçaçayda 12, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda, Gilgilçayda, Harmidorçayda 2, Qudiyalçayda isə 1 santimetr artım müşahidə olunub.

Tranzit çaylara gəlincə, mayın 2-də Araz çayının Qıvraq məntəqəsində (Naxçıvan MR) suyun səviyyəsində 40, Kür-Qıraqkəsəməndə 18, Qanıx-Cəlayirdə isə 17 santimetr artım qeydə alınıb.

Mayın 2-də Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3, Şirvanda 2 santimetr artıb, Bankə məntəqəsində isə səviyyə dəyişməyib.