logo

Bu gün xristianlar Pasxa Gününü-İsa Məsihin Dirilməsini bayram edirlər

09:59 02-05-2021 | icon 4060
Bu gün xristianlar Pasxa Gününü-İsa Məsihin Dirilməsini bayram edirlər

Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir.

 YeniAvropa xəbər verir ki, ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayırlar.

Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edib. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Şərq xristianlığında Pasxa tarixinin hesablanması zamanı XI əsrdən bərabərləşmənin 21 mart tarixi qəbul edildiyi Yuli təqviminə əsaslanır, 3 aprelin bərabərləşmə hesab olunduğu Qriqori təqvimində isə Pasxa tarixi 4 aprellə 8 may arasında dəyişir.

Azərbaycanda da hər il pravoslav məbədlərində bayram münasibətilə mərasimlər keçirilir, dualar edir, müxtəlif ayinlər yerinə yetirilir.