logo

Dünyada koronavirusdan  ölənlərin sayı 3 milyon 200 mini ötüb

09:39 02-05-2021 | icon 3451
Dünyada koronavirusdan  ölənlərin sayı 3 milyon 200 mini ötüb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 870 mindən çox artıb.

 YeniAvropa  Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 870 min 405 nəfər yeni koronavirusa yoluxub, 14 min 661 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 152 milyon 662 min 874, ölənlər isə 3 milyon 202 min 261 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (33,1 milyon), Hindistan (19,5 milyon), Braziliya (14,6 milyon), Fransa (5,6 milyon) və Türkiyədə (4,8 milyon) qeydə alınıb.