logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayə 971 mini ötüb

17:10 01-05-2021 | icon 3178
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayə 971 mini ötüb

Mayın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 988 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5391, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11597 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 505 min 206-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 971 min 523, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 533 min 683 nəfərdir.