logo

TRT-nin yaranmasından 57 il ötür

15:55 01-05-2021 | icon 1729
TRT-nin yaranmasından 57 il ötür

Türkiyə Radio Televiziya Qurumunun(TRT) yaradılmasının 57-ci ildönümüdür.

YeniAvropa xəbər verir ki, Türkiyədə ilk radio 1927-ci l mayın 6-da yayımlanmağa başlayıb.

01 may 1964-cü il tarixindən TRT ölkədə rəsmi olaraq yayımlanmağa  başlayıb. 
1972-ci ildə ölkə konstitusiyasına edilən dəyişikliklərlə TRT Türkiyənin İctimai Televiziyası  statusu qazanır. 
1980-ci ildə TRT-nin yenidən təşkil olunaraq radio verilişləri departamenti formalaşıb. 1980-2000-ci illərdə TRT kanalları ilk dəfə stereo yayıma keçib.
 
2001-ci il yanvarın 31-dən TRT yenilənmiş loqotip və yayım sistemi ilə işləməyə başlayıb.
 
Hazırda TRT 10 müxtəlif televiziya kanalı ilə 24 saat yayımlanır. Radio yayımı 15 radio kanalı vasitəsilə həyata keçirilir və 31 dildə bütün dünyaya yayılır.
 
TRT Türkiyədə mövcud olan televiziya kanalları arasında ən çox xəbərlər və xəbər proqramları yayımlayan televiziyadır. TRT-də orta hesabla gündəlik 11 saat xəbər və xəbər proqramları yayımlanır. Bundan başqa kanal istehsal etdiyi teleseriallar, bədii və sənədli filmləri ilə dünyada bu sahədə ixtisaslaşmış ən məşhur televiziya kanalları arasında yer alır.