logo

Azad Rəhimov II Fəxri Xiyabanda dəfn olunacaq

15:15 01-05-2021 | icon 2317
Azad Rəhimov II Fəxri Xiyabanda dəfn olunacaq

Dünən vəfat edən gənclər və idman naziri Azad Rəhimov II Fəxri Xiyabanda dəfn olunacaq.

 
YeniAvropa xəbər verir ki, dəfndə məhrum nazirin ailə üzvləri ilə yanaşı, gənclər və idman nazirinin müavinləri və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edəcək.
 
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov ABŞ-da müalicə aldığı xəstaxanada dünyasını dəyişib.

Xatırladaq ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.O, Azərbaycan SSR Nazirlər Sovetinin sədri(1954-1958) olmuş Sadıq Rəhimovun nəvəsidir.

Bir oğlu var. Oğlu Arıf Rəhimov  "Formula 1 Azərbaycan Qran Pri"sini rəhbəridir. 

Azad Rəhimov 2006-ci ildə gənclər və idman naziri təyin edilmişdi.