logo

İran səfirliyi kitab toplama aksiyasına qoşulub

12:33 01-05-2021 | icon 2786
İran səfirliyi kitab toplama aksiyasına qoşulub

Dünən İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Abşeron rayonunda olub və işğaldan azad edilmiş ərazilərdə kitab fondlarının bərpası məqsədi ilə keçirilən kitab toplama aksiyasına İran İslam Respublikasının səfirliyi də qoşulub.

YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru ilə birlikdə Xırdalan Şəhidlər Xiyabanını ziyarət edib, Şəhid məzarları üstünə qərənfil dəstələri qoyublar . Daha sonra iştirakçılar Yanardağ abidəsində olub və Abşeron rayon Tarix-Diyarşünaslıq muzeyini , Xırdalan şəhərində Heydər Əliyev abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər, nümayiş olunan eksponatlar haqqında əməkdaşlar tərəfindən ətraflı məlumat verilib. Sonda Səfir Abşeron ərazisində keçirilən və İcra Hakimiyyətinin də qatıldığı kitab toplama aksiyasına öz ölkələri adından kitablar hədiyyə edib.

Səfir Abşeron rayon İcra Hakimiyyətinin də qatıldığı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kitab fondlarının bərpası məqsədi ilə keçirilən aksiyaya qatılmaqdan məmnunluğunu ifadə edib.