logo

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi

11:11 01-05-2021 | icon 1358
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

YeniAvropa xəbər verir ki, o, bu barədə rəsmi "İnstaqram" səhifəsində paylaşım edib. Təbrik mətnində deyilir:

“Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram!

Qoy, bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.