logo

 Prezident Qırğızıstanda 2 günlük matəm elan etdi

09:30 01-05-2021 | icon 3332
 Prezident Qırğızıstanda 2 günlük matəm elan etdi

Qırğızıstan prezidenti Sadır Japarov aprelin 29-30-da Batken vilayətində- Tacikistanla sərhəddə baş verən qarşıdurmada çoxsaylı insan tələfatı ilə əlaqədar mayın 1-2-ni ölkədə milli matəm günü elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezident Aparatının informasiya siyasəti şöbəsindən bildirilib. Qeyd edilib ki, dövlət başçısı Sadır Japarov bununla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, mayın 1-2-də Qırğızıstanın bütün nazirlik, idarə və təşkilatlarında, xaricdəki səfirlik və konsulluqlarda dövlət bayraqları endirilir.

Xatırladırıq ki, Qırğızıstan-Tacikistan sərhədinin Batken vilayətində baş verən qarşıdurmada 31 mülki şəxs və hərbçi ölüb, 154 nəfər yaralanıb, əhalinin əmlakına və hökumət idarələrinə ciddi zərər dəyib.