logo

Prokurorluğun 30 yaşlı əməkdaşı koronavirusdan dünyasını dəyişdi

20:10 30-04-2021 | icon 3416
Prokurorluğun 30 yaşlı əməkdaşı koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda prokurorluq əməkdaşı vəfat edib.

YeniAvropa xəbər verir ki, Cəlilabad rayon Prokurorluğunun əməkdaşı Babayev Ramin İlham oğlu koronavirusdan dünyasını dəyişib.

Məlumata görə, o, bir müddət əvvəl koronavirusa yoluxub və Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicə alıb.

Qeyd edək ki, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü R.Babayev Cəlilabad rayon Prokurorluğunda dəftərxana müdiri kimi çalışıb.