logo

Azərbaycan kubokunun finalının oynanılacağı stadion bəlli oldu

17:27 30-04-2021 | icon 4039
Azərbaycan kubokunun finalının oynanılacağı stadion bəlli oldu

Futbol üzrə Azərbaycan kuboku yarışlarında 2020/2021-ci il mövsümünün final görüşünün keçiriləcəyi stadion müəyyənləşib.

YeniAvropa  Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Sumqayıt” və “Keşlə” komandaları arasında baş tutacaq final mayın 24-də “Bank Respublika Arena”da oynanılacaq.

Qarşılaşmanın başlanma saatı hələ müəyyənləşməyib.