logo

Qorxmaz Hüseynovun kürəkəni sərxoş vəziyyətdə qəza törətdi

16:06 30-04-2021 | icon 987
Qorxmaz Hüseynovun kürəkəni sərxoş vəziyyətdə qəza törətdi
"Azərsu" ASC nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Onun qəza zamanı içkili olduğu bildirilir.
 
YeniAvropa xəbər verir ki, hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.
 
Turan Həsənzadənin hadisəni törədən zaman içkili olduğu məlum olub. T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək.
 
Lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. o bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək. Baş verən qəza ilə bağlı tərəflər arasında mübahisə davam edir. Mövzu ilə bağlı yeni təfərrüatları təqdim edəcəyik.
 
Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyinin ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.
 Musavat.com