logo

“EURO-2020”: “Build Bridges” layihəsi təşkil ediləcək

14:44 30-04-2021 | icon 3444
“EURO-2020”: “Build Bridges” layihəsi təşkil ediləcək

UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Avro-2020”yə ev sahibliyi edəcək ölkələrdə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, onlar arasında qarışıq rəqabət və yeni oyun formatı yaratmaq, uşaqlara futbol qaydalarını hörmətlə öyrətmək, uşaqların yazı bacarıqlarını və təhsil dəyərlərini təbliğ etmək, UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin iştirakını genişləndirmək və digər məqsədlərlə “Build Bridges” layihəsi təşkil ediləcək.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, layihəyə “EURO-2020”yə ev sahibliyi edəcək şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) qatıla bilərlər.

Layihə onlayn platforma üzərindən müxtəlif kriteriyalara uyğun olaraq (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) keçiriləcək.

İştirakçılar qeyd olunan bütün yarışlara qatıla bilərlər. Artıq məktəblərin qeydiyyat prosesinə start verilib. Mayın 3-dən etibarən iştirakçılar http://fis.uefa.com linkindən qeydiyyatdan keçərək yarışa qoşula bilərlər.

İştirakçılar platformada qeyd olunan yarışlara qatılaraq öz videolarını çəkib platformaya yerləşdirməlidirlər. Platformada qeyd olunan fiziki bacarıqlar kriteriyalarında müxtəlif futbol hərəkətlərini İtaliya Futbol Federasiyası tərəfindən təyin olunan məşqçilər verəcək. Bu kriteriyalarda iştirak etmək istəyən iştirakçı həmin hərəkətləri təkrarlayaraq video çəkib platformadan qeydiyyatdan keçərək yerləşdirməlidir.

Qeyd edək ki, bir iştirakçı platformada yerləşdirilən bütün nominasiyalar üzrə (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) iştirak edə bilər. Yarış iyunun 4-dək davam edəcək. İştirak etmək istəyənlər bu müddət ərzində qeydiyyatdan keçərək yarışa qatıla bilər. Yarış ərzində qeydiyyat prosesi açıq olacaq.

Qalib gələn iştirakçılar UEFA tərəfindən mükafatlandırılacaq.