logo

Elman Rüstəmov: "Martda inflyasiya 4,1 % təşkil edib" 

12:52 30-04-2021 | icon 1477
Elman Rüstəmov: "Martda inflyasiya 4,1 % təşkil edib" 

2021-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq.

YeniAvropa xəbər verir ki, bu barədə  Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, ilin birinci rübündə orta illik inflyasiya 2,2 faiz olub. Martda isə illik inflyasiya 4,1 faiz təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.