logo

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq, 20° isti olacaq

12:10 30-04-2021 | icon 1701
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq, 20° isti olacaq

Azərbaycanda mayın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim şimal küləyi əsəcək, sürəti saniyədə 7-12 metr olacaq, gecə və səhər arabir 15 metrədək güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14°, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Mayın 1-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi vətəndaşlarda narahatlıq hissi yarada bilər.