logo

Vətən müharibəsində itkin düşən daha 1 zabitimizin şəhid xəbəri gəldi

20:30 29-04-2021 | icon 1925
Vətən müharibəsində itkin düşən daha 1 zabitimizin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirlib ki,nəşi bu gün aşkarlanan leytenant Yusifov Əli Sülhəddin oğlu ıb sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayıb. Ondan bir daha xəbər alınmayıb. 

1997-ci il təvəllüdlü şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Evin tək oğlu olan şəhidimiz nişanlı idi.

Şəhidin nəşi sabah Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!