logo

Xəzər dənizində zəlzələ olub

18:58 29-04-2021 | icon 1827
Xəzər dənizində zəlzələ olub

Aprelin 29-da Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:21-də qeydə alınıb.

Ocağı 55 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,2-yə bərabər olub.