logo

Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək

18:15 29-04-2021 | icon 2576
Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirilən brifinqdə məlumat verib.

Bildirib ki, S.Lavrovun mayın 10-11-də Bakıya işgüzar səfəri nəzərdə tutulub.

M.Zaxarova, həmçinin Rusiya XİN-in başçısının mayın 5-6-da İrəvana da işgüzar səfər edəcəyini bildirib.