Azərbaycan-Pakistan biznes forumu keçirilib
Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Pakistan Ticarətin İnkişafı Qurumunun (TDAP) təşkilatçılığı ilə videokonfrans formatında Azərbaycan-Pakistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, əczaçılıq, tekstil, sənaye, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 90-dan çox nümayəndəsi iştirak edib.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan və Pakistan arasındakı sıx dostluq münasibətlərindən danışıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, Pakistanın 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında həm iqtisadi, həm də digər sahələrdə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdıran Rövşən Nəcəf işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, biznes təşəbbüslərinin stimullaşdırılması baxımından keçirilmiş tədbirlər yeni əməkdaşlıq imkanlarının yaranmasına, regionlararası tərəfdaşlıq sahəsində münasibətlərin inkişafına müsbət təsir göstərəcək.
Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin inkişafı imkanlarından bəhs edən nazir müavini Pakistan iş adamlarını ölkəmizdə yaradılmış biznes mühitindən yararlanmağa, qeyri-neft sektorunun müxtəlif sahələrinə investisiya yatırmağa dəvət edib.
Pakistan İslam Respublikasının federal ticarət naziri Məhəmməd Saleh Əhməd Faruki Pakistan-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiya əməkdaşlığının önəmini vurğulayıb, postpandemiya dövrü üçün nəzərdə tutulan layihələr, tədbirlər barədə məlumat verib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkələrimiz arasında əlaqələrin inkişafına dair məlumat verib, bu cür tədbirlərin iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Pakistan iş adamlarının ölkəmizdə uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımının artırılması istiqamətində görülən işlər, Pakistan iş adamları ilə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə həyata keçiriləcək layihələrə dair məlumat verib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində Pakistanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Sonda Azərbaycanın və Pakistanın biznes və investisiya mühitinə dair təqdimatlar edilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib