Alimpaşa Məmmədovun işində Rövşən Əkbərov və Famil Xəlilov amili
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu cinayət işlərinin motivi məlum olub.
YeniAvropa xəbər verir ki, A.Məmmədovun həbsi üçün səbəblərdən biri də rayonda aparılan qanunsuz tikililər, şəhərin baş planına uyğun olmayan, tikinti normativlərinin pozulduğu binaların tikintisinə qanunsuz icazə verməsidir.
Yaşayış binaları isə əsasən "Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb. Məlumata görə, A.Məmmədov rayondakı bütün işləri bu tikinti şirkətinə tapşırırmış. Şəmkir şəhərində "20 yanvar” abidəsinin ətrafında salınmış park da sonradan "Park Kolizey” MTK-nın çoxmərtəbəli yaşayış binası tikməsi üçün ayrılıb. Artıq binanın tikintisi yekunlaşmaq üzrədir.
Məlumata görə, tikintiyə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov (Veyis Xəlilov) binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova verib.
Həmin binadan əlavə 4 otaqlı bir mənzili isə rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyəti şəxslərə rüşvət olaraq verib. Veyis Xəlilov həmin parkın ərazisini, torpaq sahəsini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul verib, ilkin dindirilmə zamanı bunu etiraf edib.
Famil Xəlilov öz ətrafında həm də ikinci adı olan Veyis Xəlilov kimi tanınır.
Alimpaşa Məmmədov şirkət rəhbəri Veyis Xəlilova rayonun İsrafil Məmmədov və ya 4-cü küçə adlandırılan ərazisində tikinti aparmağa da şərait yaradıb. Belə ki, ətrafında hərbi hissənin yerləşməsi nəzərə alınaraq Şəmkir Korpusunun o vaxtkı komandiri, hazırda həbsdə olan general Rövşən Əkbərov binanın 6 mərtəbəli olmasına razılıq verib. Lakin icazə verilən sənəddə 6 mərtəbə olması nəzərdə tutulan binanın tikintisi hərbi obyektlərlə bağlı normativ pozularaq 9-cu mərtəbədə yekunlaşıb.
A.Məmmədovdan 1,4 milyon dollara park alan Veyis (Famil) Xəlilov "MTN işi” zamanı həbs edilən general Akif Çovdarovla da yaxın əlaqələrinin olduğu bildirilir. İddiaya görə, onun Alimpaşa Məmmədovla münasibətləri də MTN xətti üzərindən reallaşıb.
Rəsmi açıqlamaya görə, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək alıb.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək