logo

UEFA Çempionlar Liqasında "həftənin ən yaxşısı"na namizədlər açıqlandı

13:11 29-04-2021 | icon 3409
UEFA Çempionlar Liqasında "həftənin ən yaxşısı"na namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

YeniAvropa qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən Kevin de Bruyne, “Real”dan Kərim Benzema, “Çelsi”dən Nqolo Kante və "PSJ"dən Anxel Di Mariya namizəd göstərilib.

Qalibi qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsi müəyyənləşdirəcək.

Elşən Balayev