logo

10 siyasi partiyaya büdcədən 1 milyon manatadək vəsait ayrıldı

11:49 29-04-2021 | icon 1855
10 siyasi partiyaya büdcədən 1 milyon manatadək vəsait ayrıldı

2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib.

Qeyd edilib ki,  dövlət büdcəsindən vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17.1-ci maddəsinə uyğun olaraq həyata keçirilib.