logo

Dünyada koronavirusdan ölənlər sayı 3 milyon 129 min nəfərə çatır

11:29 29-04-2021 | icon 3276
Dünyada koronavirusdan ölənlər sayı 3 milyon 129 min nəfərə çatır

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 763 mindən çox artıb.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 763 min 656 nəfər yeni koronavirusa yoluxub, 12 min 260 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 148 milyon 329 min 348, ölənlər isə 3 milyon 128 min 962 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.