logo

Alimpaşa Məmmədov Şəmkirin mərkəzindəki parkı 1,3 milyona satıb

21:51 28-04-2021 | icon 2121
Alimpaşa Məmmədov Şəmkirin mərkəzindəki parkı 1,3 milyona satıb

Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub.

 YeniAvropa xəbər verir ki,  A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.

Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, həmin ərazi  Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb.

Xatırladaq ki, bu gün  Səbail rayon Məhkəməsiə Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib