logo

Arif Quliyev ECMO cihazına qoşulub

21:31 28-04-2021 | icon 3493
Arif Quliyev ECMO cihazına qoşulub

Bir müddət əvvəl "COVİD-19"a yoluxan , hazırda müalicəsi “Yeni Klinika”da davam edən xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

 YeniAvropa xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb. Onun sözlərinə görə, həkimlər xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər. 

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.