logo

Məhkəmə Alimpaşa Məmmədova 4 ay həbs cəzası kəsdi

16:56 28-04-2021 | icon 4018
Məhkəmə Alimpaşa Məmmədova 4 ay həbs cəzası kəsdi

Bu gün Səbail rayon Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsi keçirilib.

 YeniAvropa xəbər verir ki, məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxıb.

Məhkəmənin qərarı ilə Alimpaşa Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib