logo

İbrahim Nehrəmli "Xəzər adaları”ndan sonra şirkətinin sənədlərini də itirdi

16:10 28-04-2021 | icon 5117
İbrahim Nehrəmli "Xəzər adaları”ndan sonra şirkətinin sənədlərini də itirdi

"Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus sənədlər itib.

YeniAvropa xəbər verir ki,  şirkətə məxsus 2016-cı il tarixli Nizamnamə və 2014-cü il tarixli VÖEN yoxa çıxıb.

Qeyd edək ki, "Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir((İbrahim İbrahimov).

Diaspora komitəsinin sabiq sadri Nazim İbrahimovun qardaşı olan iş adamı Azərbaycanda daha çox "Xəzər adaları” layihəsi ilə məşhurdur. Lakin bir müddət əvvəl Azərbaycan Beynəlxalq Bankına  külli miqdarda borcu olduğuna görə, "Avesta Konserni” MMC-nin prezidentinin "Xəzər adaları” layihəsi müsadirə olunub. 

İ.Nehrəmlinin milyardlıq layihəsi əlindən alınaraq millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.

Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, millət vəkilinə verildi -