logo

Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

13:11 28-04-2021 | icon 3710
Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

 Mayın 27-29-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu, Azərbaycan Gimnastika Federasiyasının (AGF) 2021-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış  olacaq.

Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı isə ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.

Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.