logo

Keçmiş nazirin şirkəti ləğv olunur

11:15 28-04-2021 | icon 1785
Keçmiş nazirin şirkəti ləğv olunur

"Improtex Group" MMC-yə daxil olan "Improtex Trading" MMC ləğv olunaraq holdinqin digər şirkəti - "Improtex Motors" MMC-yə qoşulduğunu elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzetində məlumat yerləşdirilib.

Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.