logo

"Yeni klinika"dan Arif Quliyevin yayılan görüntülərinə açıqlama

10:58 28-04-2021 | icon 1785
"Yeni klinika"dan Arif Quliyevin yayılan görüntülərinə açıqlama

"Yeni klinika" sosial şəbəkələrdə və bəzi KİV-lərdə bu xəstəxanada koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin görüntülərinin yayılmasına münasibət bildirib.

“Yeni klinika”dan YeniAvropa-ya bi daxil olan məlumatda deyilir: "Koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır. Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib".