logo

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək

10:07 28-04-2021 | icon 3913
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək

Aprelin 28-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.

YeniAvropa xəbər verir ki, İngiltərənin “Mançester Siti” komandası Fransada ötən mövsümün finalçısı “Paris Sen-Jermen” klubu ilə üz-üzə gələcək. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Vacib oyun öncəsi komandaların heyətində itki yoxdur. Sadəcə, Paris təmsilçisində müdafiəçi Markinyosun meydana çıxıb-çıxmayacağı sual altındadır.

Xatırladaq ki, yarımfinalın ilk oyununda İngiltərənin təmsilçisi “Çelsi” İspaniyada “Real Madrid”lə heç-heçə edib - 1:1.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Elşən Balayev