logo

Xəzər dənizinin səviyyəsi enir

22:12 27-04-2021 | icon 1932
Xəzər dənizinin səviyyəsi enir

Son zamanlar Xəzər dənizinin səviyyəsi enir. Bu da köçücü və yarımköçücü balıqların kürüləmə yerlərinə bilavasitə təsir edir.

YeniAvropa xəbər verir ki, bunu “Ekspert saatı”nda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov deyib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov isə qeyd edib ki, Xəzər dənizinin səviyyəsi mütəmadi olaraq dəyişir. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin enməsi bioloji nöqteyi-nəzərdən ekosistemlərə mənfi təsir göstərir: “Xəzər dənizinin səviyyəsinin enməsi ilə ona tökülən çayların da həcmi azalır. Məsələn, Volqa və Kür çaylarında suyun həcminin azalması Xəzərin səviyyəsinin enməsi ilə bağlıdır. Ümumiyyətlə, dənizin səviyyəsinin düşməsi ilə çayların həcminin azalması bir-birinə əlaqəli olan məsələdir. Proses çaylarda balıqların kürütökməsinə də mənfi təsir göstərir. Bu da balıq ehtiyatlarına təsirsiz ötüşmür. Dənizin səviyyəsinin enməsi, həmçinin Kür çayının yatağında qrunt sularının artmasına səbəb olur. Bununla çayın üzünə çirklənmiş sular daxil olur. Hazırda Xəzərin çox aşağı səviyyəsi müşahidə edilir. Keçən ilin payız aylarından dənizin suları Kür çayına daxil olur. Kürün aşağı axar hissəsi dəniz suyu ilə doludur və duzluluq yüksəkdir. Şirin su balıqları bu şəraitdə yaşaya bilmir və həmin proses onlara və kürütökməyə neqativ təsir göstərir”.