logo

Azərbaycan-Pakistan biznes forumunun tarixi bəlli oldu

21:50 27-04-2021 | icon 2758
Azərbaycan-Pakistan biznes forumunun tarixi bəlli oldu

Aprelin 29-da Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyindən  bildirilib.

Qeyd edilib ki, tədbir videokonfrans formatında Pakistan tərəfi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

Biznes forumda hər iki ölkənin əczaçılıq, tibb, kənd təsərrüfatı, eləcə də yüngül sənaye sahələrində işləyən şirkətlərin nümayəndələri iştirak edəcək.