logo

II mərhələdə peyvənd olunanların sayı 500 min nəfərə çatır

17:49 27-04-2021 | icon 3416
II mərhələdə peyvənd olunanların sayı 500 min nəfərə çatır

Aprelin 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 583 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7374, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9209 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 440 min 243-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 946 min 834, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 493 min 409 nəfərdir.