logo

Vətən müharibəsində itkin düşən daha 2 hərbçimizin şəhid xəbəri gəldi

15:55 27-04-2021 | icon 1827
Vətən müharibəsində itkin düşən daha 2 hərbçimizin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində itkin düşən daha iki hərbçimizin nəşi tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib .

Qeyd edilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbi qulluqçularımız - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.

Məlimatda daha sonra itkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrasının davam etdirildiyi, eləcə də axtarış qrupları tərəfindən intensiv işlər aparıldığı bildirilib.