logo

MM-də müzakirə:Heç bir ölkədə peyvəndləmə məcburi proses deyil

14:47 27-04-2021 | icon 1855
MM-də müzakirə:Heç bir ölkədə peyvəndləmə məcburi proses deyil

"Dünən mətbuatda oxudum ki, 365 nəfər vaksin vurub. Onlardan  363 nəfər birinci dəfə, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say hansı səbəbdən azdır vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir?”.

 YeniAvropa xəbər verir ki, bu fikri deputat Qüdrət Həsənquliyev bu gün parlamentin plenar iclasında  çıxışı zamanı səsləndirib. 

 
O qeyd edib ki, insanlar vaksin olunmaq istəmirsə yaş həddini aşağı salmaq lazımdır: "Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha  yaxşı olardı”. 
 
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputata cavab olaraq ki, ölkədə vaksin çatışmazlığı yoxdur: "Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.
 
Deputat Fəzail Ağamalı da qeyd edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır: "Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.
 
Ə. Əmiraslanov F. Ağamalıya cavab olaraq bildirib ki, dünyanın heç bir ölkəsində peyvəndləmə məcburi proses deyil.