logo

Fransa Senatı sədrinin Azərbaycana qarşı əsassız ittihamları yolverilməzdir

13:27 27-04-2021 | icon 1904
Fransa Senatı sədrinin Azərbaycana qarşı əsassız ittihamları yolverilməzdir

Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistana rəsmi səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi yolverilməzdir.

YeniAvropa xəbər verir ki,  bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Milli Məclisin sədri vurğulayıb ki, Fransa Senatı ədalətli mövqe tutsaydı, Azərbaycan torpaqlarının uzun müddət işğal altında saxlanmasına, dini və tarixi abidələrin dağıdılmasına, günahsız insanların məhv edilməsinə göz yummazdı.

Sahibə Qafarova fransalı həmkarının bu cür qərəzli mövqeyindən təəssüfləndiyini də bildirib.