logo

Sahibə Qafarova: Azərbaycan hər zaman Türkiyənin yanındadır

12:10 27-04-2021 | icon 2177
Sahibə Qafarova: Azərbaycan hər zaman Türkiyənin yanındadır

ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ilə bağlı ifadəsi qəbuledilməzdir və onun qərəzli mövqeyini ifadə edir.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin aprelin 27-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ifadəni işlədənlərin, siyasi dividendtlər əldə etmək istəyənlərin hərəkəti təəssüf doğurur. Soyqırımı ilə bağlı qərarı ancaq beynəlxalq məhkəmə verə bilər. Bu, yalnız ABŞ Prezidentinin fikridir. Milli Məclisin sədri deyib: “Ermənilər tərəfindən türk və Azərbaycan xalqlarına qarşı müxtəlif illərdə dəfələrlə soyqırımı aktları törədilib. 1992-ci ildə XX əsrin ən dəhşətli soyqırımı Xocalıda həyata keçirilib. Xocalı soyqırımını unudanlar hansı məqsədlər güdürlər?”

Sahibə Qafarova bildirib ki, Türkiyənin qərarı ilə Ermənistan Osmanlı arxivlərinin açılmasına və tarixi faktların araşdırılmasına dəvət olunub. Erməni tərəfi həmişə buna etinasızlıq göstərib. Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sonuncu telefon danışığı da bunu bir daha sübut edir.