logo

Koronavirusa yoluxan Baloğlan Əşrəfov vəfat etdi

23:10 26-04-2021 | icon 4802
Koronavirusa yoluxan Baloğlan Əşrəfov vəfat etdi

Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə sənətçinin həmkarları sosial şəbəkələrdə  məlumat paylaşıblar. 

Qeyd edək ki, 70 yaşlı müğənni bir müddət əvvəl koronavirusa yoluxub. Ötən həftə klinikaların birinə yerləşdirilib. Müalicə olunsa da , effekti olmayıb. 
 
Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə Türkiyədə müğənniyə donor qaraciyəri köçürülmüşdü.