logo

Türkiyədə koronavirusla mübarizədə “tam qapanma!” rejimi tətbiq olunacaq

21:30 26-04-2021 | icon 6566
Türkiyədə koronavirusla mübarizədə “tam qapanma!” rejimi tətbiq olunacaq

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinin nəticəsini daha təsirli hala gətirmək üçün aprelin 29-u yerli vaxtla saat 19.00-dan (Bakı vaxtı ilə 20.00) mayın 17-si saat 5.00-dək ölkədə “tam qapanma!” rejimi tətbiq olunacaq.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

Gündəlik yoluxma sayının 5 min nəfərə endirilməsini COVID-19 virusu ilə mübarizədə mühüm hədəf kimi dəyərləndirən dövlət başçısı bildirib ki, belə olmazsa turizm, ticarət və təhsil də daxil olmaqla bütün sahələrdə ağırlaşmış vəziyyətlə üz-üzə qala bilərik.

Qeyd edək ki, Türkiyədə koronovirusla mübarizə tədbirlərinin icrasını Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir. Hələlik “tam qapanma!” rejiminin şərtləri elan edilməyib.