logo

Rusiya ukraynalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

20:06 26-04-2021 | icon 3668
Rusiya ukraynalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yerləşdirilib. Bildirilib ki, bununla bağlı Ukraynanın Moskvadakı səfirliyinə nota göndərilib.

Ukraynalı diplomat aprelin 30-u günün sonuna qədər Rusiya Federasiyasının ərazisini tərk etməlidir.

Xatırladaq ki, aprelin 19-da Ukrayna XİN-i Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşını “persona non qrata” elan edib.