logo

Azərbaycanda daha 806 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

19:29 26-04-2021 | icon 3423
Azərbaycanda daha 806 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından  1224 nəfər müalicə olunaraq sağalıb, 806 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 313 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 007 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 195 min 268 test aparılıb. Bugünkü test sayı isə 5732-dir.