logo

Türkiyənin yeni səfiri Ceyhun Bayramovun qəbulunda 

18:11 26-04-2021 | icon 6020
Türkiyənin yeni səfiri Ceyhun Bayramovun qəbulunda 

Aprelin 26-da xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcının etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov səfir Cahit Bağcını təyinatı münasibətilə təbrik edərək, Azərbaycan ilə Türkiyə arasında mövcud olan sıx dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.

Cahit Bağçının ölkəmiz üçün xüsusi bir dönəmdə səfir təyin olunduğunu qeyd edən nazir Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalın son qoyulduğunu və torpaqlarımızın azad olunduğunu vurğulayaraq, bu xüsusda Türkiyənin Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyin qardaş ölkələrimizin bir millət, iki dövlət olduğunu növbəti dəfə sübut etdiyini bildirib. Münaqişədən sonrakı mərhələdə ölkələrimizin diplomatik və siyasi sahələrdə fəaliyyəti üçün yeni dövrün başlandığı vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qondarma “soyqırımı” mövzusuna toxunaraq, bu hadisələrin “soyqırımı” kimi qələmə verilməsinin reallıqla əlaqəsinin olmadığını, bunun siyasi təzyiqin təzahürü olduğunu Türkiyə səfirinin diqqətinə çatdırıb.

Qəbula görə nazir C.Bayramova təşəkkürünü ifadə edən səfir Cahit Bağcı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun səmimi salamlarını nazirə çatdırıb. Türkiyə-Azərbaycan münasibətlərinin zirvədə olduğunu qeyd edən səfir iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrinin bu xüsusda önəmli rolunu vurğulayıb. Cahit Bağçı səfir kimi fəaliyyəti dövründə ikitərəfli əlaqələrin səviyyəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, üç, dörd və çoxtərəfli formatlarda da əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Ceyhun Bayramov Türkiyənin yeni səfirinə fəaliyyətində uğurlar arzulayıb.