logo

Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri:Kassir, tamada, zootexnik, ofisiant...

17:57 26-04-2021 | icon 2933
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri:Kassir, tamada, zootexnik, ofisiant...

Azərbaycanda ötən ildən başlayaraq təqribən 10-dək rayonun İcra hakimiyyətinin başçısı həbs edilib.

YeniAvropa xəbər verir ki,sosial şəbəkələrdə gedən yazılardan belə belə bəlli olur ki, icra başçılarının heç də hamısı yüksək intelekt sahibi, ali təhsilli şəxslər deyillər. Bəzilərinin isə hətta icra başçısı təyin edildikdən sonra ali məktəb bitirməsi, yaxud saxta ali təhsil diplomu alması barədə iddialar dolaşmaqdadır. 

Unikal.org hüquq-mühafizə orqanları tərəfindən həbs edilən sabiq icra başçılarının əvvəllər hansı peşə ilə məşğul olduqlarını araşdırıb. Və maraqlı faktlar üzə çıxıb.

Belə ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu vəzifəyə təyin olunana qədər tamada kimi fəaliyyət göstərib. 

Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil» restoranında ofisiant işləyib. 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçalanın  İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev "Qara bazarda" dollar alış-verişi ilə məşğul olub.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev isə Bakı Hava Limanında kassir işləyib.

Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib.

Həbs olunan Yevlax rayon icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib.