logo

"Jiquli" körpüdən kanala aşdı:3 sərnişin suda boğuldu,sürücü sağdır

16:46 26-04-2021 | icon 2009
"Jiquli" körpüdən kanala aşdı:3 sərnişin suda boğuldu,sürücü sağdır

Beyləqan rayonunda avtomobil su kanalına aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Beyləqan rayonunun Şahsevən kəndi ərazisində 1-ci Şahsevən kənd sakini A.Səfərov idarə etdiyi “VAZ-21901” markalı avtomobili körpüdən su kanalına aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Beyləqan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.