logo

AQTA İrandan idxal edilən 12 ton balı yararsız çıxardı

12:55 26-04-2021 | icon 3031
AQTA İrandan idxal edilən 12 ton balı yararsız çıxardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Big.X-Trade” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən “GolRang” əmtəə nişanlı, 1450 ədəd şüşə qablaşdırmada ümumi çəkisi 12 min kiloqramdan artıq bal məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə saxarozanın miqdarının və hidroksimetilfurfurolun kütlə payının normadan artıq olduğu və diastaza ədədinin olmaması aşkarlanıb.

İdxal olunan məhsulun istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.