logo

Qarabağa qayıdışla bağlı sorğuda 65 min məcburi köçkün iştirak edib

11:31 26-04-2021 | icon 1799
Qarabağa qayıdışla bağlı sorğuda 65 min məcburi köçkün iştirak edib

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat – onlayn sorğu aprelin 25-i saat 20:00-da dayandırılıb.

ADA Universitetindən YeniAvropa-ya bildirilib ki, sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb. İlkin məlumatlara əsasən, iştirakçıların 54 faizi kişilərdən, 46 faizi isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45 faizini 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.