logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

10:59 26-04-2021 | icon 1596
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 60 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.