logo

Üstünə həyət darvazası aşan 7 yaşlı oğlan xəstəxanada öldü

22:38 25-04-2021 | icon 1729
Üstünə həyət darvazası aşan 7 yaşlı oğlan xəstəxanada öldü

Paytaxtda bədbəxt hadisə nəticəsində yeniyetmə dünyasını dəyişib.

YeniAvropa xəbər verir  ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb.

Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.